"Ukraynada hərbi cinayət törədən hər kəs məhkəmədə cavab verəcək"

   "Ukraynada hərbi cinayət törədən hər kəs məhkəmədə cavab verəcək"
  08 Aprel 2022    Oxunub:1058
Həm hərbi qulluqçular, həm komandirlər, həm də siyasi qərarlar qəbul edənlər Ukraynadakı müharibə cinayətlərinə görə cavab verməlidirlər.
AzVision.az xəbər verir ki, bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib.

- Bu cinayətlərə görə məsuliyyət daşıyan hər kəs məhkəmə qarşısında vermcavab əli olacaq. Buraya əsgərlər, hərbi komandanlıq və təbii ki, siyasi məsuliyyət daşıyanlar da daxildir, - Ştaynmayer "Spiegel" jurnalına deyib. Qeyd edək ki, Almaniya prezidenti "Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov Ukraynada mümkün müharibə cinayətlərinə görə Haaqa tribunalına çıxarılmalıdırmı?" sualına cavab olaraq belə açıqlama verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti