Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək

   Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək
  08 Aprel 2022    Oxunub:698
“Rusiya Azərbaycanla Ermənistan arasında yükun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazırdır”.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazir ümid edib ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya tezliklə yaradılacaq.

Lavrov əlavə edib ki, Cənubi Qafqazda regional əlaqələrin bərpa olunması ilə bağlı Üçtərəfli İşçi Qrupun növbəti iclası bu ay Moskvada keçiriləcək.

AzVision.az



Teqlər: Lavrov   XİN  



Xəbər lenti