Rusiyada MiQ-31 qəzaya uğrayıb

   Rusiyada    MiQ-31    qəzaya uğrayıb
  08 Aprel 2022    Oxunub:930
Rusiyada təyyarə qəzası baş verib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Saytlar Qərb Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən ediblər. Bildirlir ki, MiQ-31 qırıcısı Leninqrad vilayətində qəzaya uğrayıb. Ekipaj katapult edə bilib. İlkin məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub.

MiQ-31 planlı təlim uçuşu həyata keçirimiş. Hadisə yerinə axtarış-xilasetmə xidmətinin 3 Mi-8 helikopteri göndərilib. Təyyarə boş sahəyə düşüb, dağıntılar olmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti