Zelenski, Borrel və Ursual fon der Leyenin görüşü başlayıb

   Zelenski, Borrel və Ursual fon der Leyenin görüşü başlayıb
  08 Aprel 2022    Oxunub:937
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell ilə görüşə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat verilib.

Bildirilib ki, danışıqlar məhdud çərçivədə keçiriləcək, daha sonra onlar Ukrayna və xarici KİV üçün bəyanatlarla çıxış edəcəklər.

Qeyd edək ki, Avropa Komissiyasının sədri cümə günü, aprelin 8-nə keçən gecə Ukrayna ilə sərhəddən təxminən 13 kilometr aralıda yerləşən Polşanın Przemışl şəhərindən Kiyevə gedib.

AzVision.az


Teqlər:



Xəbər lenti