Pakistanlı komandan Azərbaycana gəlir

Pakistanlı komandan Azərbaycana gəlir
  15 Aprel 2014    Oxunub:1576
Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələri Komandanının Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 16-da Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin Komandanı aviasiya marşalı Tahir Rafiq Battın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Səfər çərçivəsində aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri, Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər aprelin 19-dək davam edəcək.


Teqlər:





Xəbər lenti