Aİ-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketi qüvvəyə minib

   Aİ-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketi qüvvəyə minib
  08 Aprel 2022    Oxunub:1153
Avropa İttifaqı Rusiyaya qarşı beşinci sanksiyalar paketini dərc edib. Sanksiyalar qüvvəyə minib.
AzVision.az xəbər verir ki, yeni məhdudiyyətlər siyahısına rusiyalı oliqarxlar Oleq Deripaska, Boris və İqor Rotenberq, Kirill Şamalov, Səid Kərimov, Sberbank-ın rəhbəri Qerman Qref, təbliğatçı Aleksey Pimanov, "Komsomolskaya Pravda”nın baş redaktoru Vladimir Sunqorkin, Oleq Dobrodeev, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, “Moskovskova Komsomolça”ın baş redaktoru Pavel Qusev, Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov daxildir.

Avropa İttifaqı həmçinin VTB, Novikombank, Sovcombank, Otkritie banklarının, eləcə də Rusiyanın 14 sənaye və nəqliyyat şirkətinin aktivlərini dondurub.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti