Aİ Putinin qızlarına da sanksiya tətbiq etdi

   Aİ Putinin qızlarına da sanksiya tətbiq etdi
  08 Aprel 2022    Oxunub:1298
Avropa İttifaqı daha 200-dən çox rusiyalıya, həmçinin banklara və Rusiyanın bir sıra sənaye və nəqliyyat şirkətlərinə qarşı sanksiya tətbiq edib. Bu barədə Avropa İttifaqının saytında məlumat verilib.
Bildirilib ki, sanksiyalar siyahısına Putinin qızları- Mariya Vorontsova və Katerina Tixonova da daxildir.

Avropa İttifaqı həmçinin VTB, Novikombank, Sovcombank, Otkritie banklarının, eləcə də Rusiyanın 14 sənaye və nəqliyyat şirkətinin aktivlərini dondurub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti