Zelenskiyə Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsi verildi

   Zelenskiyə Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsi verildi
  09 Aprel 2022    Oxunub:1021
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ukraynada keçirdiyi mətbuat konfransında Prezident Volodimir Zelenskiyə Ukraynanın Avropa İttifaqına namizəd statusu əldə etməsi üçün doldurulmalı olan sorğu anketini təqdim edib.
AzVision.az xəbər verir ki, mətbuat konfransı Avropa Komissiyasının mətbuat xidməti tərəfindən yayımlanıb.

"Anket doldurulmalıdır, bunlar Avropa İttifaqına tövsiyə kimi rəsmi mövqe tutmaq üçün suallardır. Biz bu sorğunu doldurmağınıza kömək etməyə 7/24 hazırıq.

Ona görə də biz sıx əməkdaşlıq etsək, bu mövqeyi həmişəki kimi illər ərzində deyil, həftələr ərzində formalaşdırmaq mümkün olacaq”, - deyə Ursula fon der Leyen bildirib.

O vurğulayıb ki, Avropa Komissiyası "Ukraynanı yaxşı tanıyır", bu, AK-nin mövqeyinin hazırlanmasını sürətləndirəcək.

“Biz bir-birimiz haqqında çox şey bilirik. Buna görə də, anketi doldurma həmişəki kimi illər deyil, həftələr çəkəcək”, - deyə AK prezidenti vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti