Lyayen və Borrel Buçaya getdilər - FOTO

   Lyayen və Borrel Buçaya getdilər -    FOTO
  09 Aprel 2022    Oxunub:1126
Ukraynaya səfər edən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Kiyev vilayətinin Buça şəhərində olublar.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram kanalında məlumat verib.

"Biz Buçaya baş çəkdik. Mən Avropa Komissiyasının sədri Ursula fon der Leyenə, Aİ-nin ali nümayəndəsi Cozef Borrell və Slovakiyanın baş naziri Eduard Heqerə Rusiya hərbçilərinin Ukrayna vətəndaşlarına qarşı törətdiyi vəhşilikləri göstərdim", - məlumatda deyilir.

Şmıqal əlavə edib ki, Ukrayna avropalı tərəfdaşları ilə birlikdə təcavüzkarı tez bir zamanda dayandırmağa çalışır.

"Rusiya Federasiyasının Buça və Ukraynanın digər şəhərlərində törətdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlər beynəlxalq ictimaiyyətin təcili tədbir görməsini tələb edir. Biz bütün günahkarların beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsində Aİ-nin dəstəyinə ümid edirik", - Şmıqal vurğulayıb.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti