Belçikada “Kinder”in istehsalı dayandırıldı

   Belçikada “Kinder”in istehsalı dayandırıldı
  09 Aprel 2022    Oxunub:1202
Belçika Qida Təhlükəsizliyi Agentliyi (AFSCA) İtaliyanın “Ferrero” şirkətinin “Kinder” şokoladları istehsal edən zavodunun fəaliyyətini dayandırıb.
AzVision.az -ın xəbərinə görə, buna səbəb şirkətin Salmonella bakteriyalarına dair ətraflı izahat verməməsi olub. Nəticədə Arlon şəhərindəki zavodda istehsal dayandrılıb, “Kinder” markalı məhsullar satışdan yığışdırılıb. Qeyd edək ki, “Kinder” şokoladı ilə salmonellaya yoluxma barədə 61 hal Britaniyada, 21 hal Fransada, 15 hal Belçikada qeydə alınıb.

AzVision.az


Teqlər: Salmonella  



Xəbər lenti