Rusiya səfirindən xəbərdarlıq: "ABŞ-Rusiya hərbi qarşıdurması ola bilər"

  Rusiya səfirindən xəbərdarlıq:  "ABŞ-Rusiya hərbi qarşıdurması ola bilər"
  09 Aprel 2022    Oxunub:1707
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonu ittiham edən fikirlər səsləndirib. xəbər verir ki, səfir Rusiyanın Ukraynadakı hərbi əməliyyatları fonunda Qərb ölkələrinin davranışlarının təhlükəli və təxribat xarakterli olduğunu deyib.
ABŞ-dan Rusiya və Belarusa daha bir zərbə
Antonov bu hərəkətlərin Rusiya ilə ABŞ arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola biləcəyini bəyan edib.

- Qərb dövlətləri cari hadisələrdə bilavasitə iştirak edirlər. Çünki onlar Ukraynanı silah və sursatla təmin etməkdə davam edir və bununla da daha çox qan tökülməsinə səbəb olurlar. Biz xəbərdarlıq edirik ki, bu cür hərəkətlər dövlətimizə qarşı yönəldiyi üçün təhlükəli və təxribat xarakterlidi, - səfir “Newsweek”ə açıqlamasında deyib.

Antonov fikirlərinə onu da əlavə edib ki, həmin təxribat xarakterli gedişlər “ABŞ və Rusiyanı birbaşa hərbi qarşıdurma yoluna çıxara bilər".

O həmçinin qeyd edib ki, Qərb Ukrayna ərazisində nəqliyyat karvanları ilə istənilən silah və hərbi texnikanı çatdırarkən bu, Rusiya silahlı qüvvələri üçün qanuni hərbi hədəf olacaq.

- NATO üzvü olan ölkələr Ukraynanın hərbi inkişafına başlatdılar. Prezident Volodimir Zelenski Kiyevin nüvə silahı əldə etmək planlarını elan edərkən, ölkə artıq Qərb silahları ilə dolmuşdu, - Antonov nəşrə açıqlamasında vurğulayıb.

Qeyd edək ki, fevralın sonundan başlayan Ukrayna müharibəsi zamanı Rusiya öz ordusunu Kiyevə yeridə bildi. Qərb ölkələri ardıcıl şəkildə Moskvaya iqtisadi-siyasi sanksiyalarla tətbiq etməklə paralelel oalraq Kiyevi hərbi yardımlarla da aktiv şəkildə təmin etdi. Bu isə Rusiyanın döyüşlərdə olan üstünlüyünü bir qədər azaldıb. Son günlər rus qoşunlar Ukraynada geri çəkiliblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   Ukrayna   Qarşıdurma  



Xəbər lenti