Rusiya qırıcıları “Buk-M1”-i “hava-yer” tipli raketlə vurdu- VİDEO

   Rusiya qırıcıları “Buk-M1”-i “hava-yer” tipli raketlə vurdu-    VİDEO
  09 Aprel 2022    Oxunub:1280
Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlara dair video yayıb. AzVision.az xəbər verir ki, görüntülərdə Ukraynanın hava hücumundan müdafiə sistemlərini sıradan çıxaran Su-30SM və Su-35 döyüş təyyarələrinin yerinə yetirdiyi tapşırıq əks olunub.
“Rusiya Aerokosmik Qüvvələrinin qırıcı aviasiyasının ekipajları uçuş tapşırıqlarını yerinə yetirərkən radiolokasiya stansiyasını və “Buk-M1” zenit-raket kompleksini aşkar edərək məhv ediblər”, - məlumatda deyilir.

Ukraynalı hərbçilərə məxsus hədəflər “hava-yer” tipli raketlərlə vurulub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti