Kiyevin itkiləri açıqlandı - 127 təyyarə, 98 helikopter, 425 PUA, 2031 tank

      Kiyevin itkiləri açıqlandı -    127 təyyarə, 98 helikopter, 425 PUA, 2031 tank
  09 Aprel 2022    Oxunub:1004
Rusiya Ukraynanın müharibədə verdiyi itkiləri açıqlayıb. AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov şənbə günü keçirdiyi brifinqdə Rusiya operativ-taktiki aviasiyasının ötən gecə Ukrayna qoşunlarının 85 obyektini vurduğunu bəyan edib.
Ukraynada 176 uşaq ölüb
- Rusiya Aerokosmik Qüvvələrinin və raket qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 85 hərbi obyektini vurub. Onların arasında, iki komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, dörd özüyeriyən artilleriya qurğusu, döyüş sursatı olan 2 anbar, iki logistika anbarı, həmçinin dörd istehkam və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər də var, - general deyib.

Həmçinin qeyd edilir ki, Poltava vilayətinin Mirqorod hərbi aerodromunda havadan yüksək dəqiqlikli raketlərlə endirilən zərbə zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı və Mi-8 helikopteri , aviasiya silahları olan anbar sıradan çıxarılıb.
Konaşenkov əlavə edib ki, gecə saatlarında yüksək dəqiqlikli havadan buraxılan raketlər Dnepropetrovsk vilayətinin Novomoskovsk ərazisindəki böyük silah-sursat anbarı da məhv edilib.

General ümumi itkilərdən danışarkən qeyd edib ki, artıq əməliyyatlar zamanı 100-ə yaxın Ukrayna hərbi helikopteri məhv edilib.

- Ümumilikdə xüsusi hərbi əməliyyat başlayandan 127 təyyarə, 98 helikopter, 425 pilotsuz uçuş aparatı, 2031 tank və digər zirehli döyüş maşını, 228 reaktiv yaylım atəşi sistemi, 880 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1932 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib, - Konaşenkov qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   İtki  



Xəbər lenti