"Paris Rusiya neftindən imtina etməyə hazırdır" - Fransalı nazir

   "Paris Rusiya neftindən imtina etməyə hazırdır" -    Fransalı nazir
  09 Aprel 2022    Oxunub:870
Fransa Rusiyadan neft idxalını qadağan etməyə hazırdır. AzVision.az xəbər verir ki, bunu Fransanın maliyyə naziri Bruno Le Maire "CNN"ə açıqlamasında deyib.
- Fransa gözləmək istəmir və neft idxalına qoyulacaq qadağa "oyun qaydaları"nı dəyişdirəcək - Le Maire deyib.

Almaniya Rusiya neftindən tezliklə imtina edəcək
Lakin o, fikirlərinə onu da əlavə edib ki, Rusiyaya daha sərt enerji sanksiyaları tətbiq etmək üçün Avropada birliyə ehtiyac var.

- Fransaya gəlincə, biz irəli getməyə və neft idxalına qadağa qoyulması ilə bağlı qərar verməyə hazırıq. Mən dərindən əminəm ki, növbəti addımlar və sonrakı müzakirələr bu məsələyə – Rusiya neftinə qadağaya yönəldiləcək, - Fransa rəsmisi vurğulayıb.

Nazir həmçinin Kramatorskda 50-dən çox dinc sakinin ölümünə səbəb olan vağzalın raketlə vurulmasına da münasibət bildirib. Nazir bu hücumu "kütləvi qətl" adlandırıb və bildirib ki, hadisənin törədilməsində məsuliyyət daşıyanlar müəyyən edilərək cinayət əməllərinə görə mühakimə olunmalıdırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Neft   Fransa   Rusiya  



Xəbər lenti