İrəvanda ABŞ əleyhinə aksiya: "Ölkəmizdəki biolaboratoriyalarınızı bağlayın"

     İrəvanda ABŞ əleyhinə aksiya:    "Ölkəmizdəki biolaboratoriyalarınızı bağlayın"
  09 Aprel 2022    Oxunub:1065
Ermənistadan ABŞ əleyhinə etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, aksiya iştirakçıları ölkədə Qərbə bağlı bioloji silah kimi istifadə olunan xüsusi laboratoriyaların ləğv edilməsini tələb ediblər.
Aksiyanın təşkilatçılarından biri deyib ki, Ermənistan kimi ölkədə biloji silah olmamalıdır.

ABŞ-ın Ukraynadakı biosirləri - Məxfi qovluq
- Biz çalışacağıq ki, bu hadisə ictimailəşsin. Aksiyadan sonra ABŞ-ın Ermənistandakı səfirliyinə gedirik. Çox güman ki, laboratoriyalar Pentaqon tərəfindən maliyyələşdirilib. Ermənistanda bioloji silah olmamalıdır. Ermənilər beynəlxalq oyunçuların əlində poliqona çevrilə bilməzlər, - etiraz aksiyasının fəalı jurnalistlərə deyib.

O qeyd edib ki, meydana toplanan narazı kütlə bioloji silahların ölkələrində istehsal olunması ilə razılaşmırlar.

- Bizə deyilə bilər ki, etirazçılar sadıcı olaraq bu laboratoriyaları güman edirlər. Amma mən də cavab verirəm ki, əgər bu silahın yaradılmadığına əminsinizsə, o zaman ölkəmizdə beynəlxalq monitorinq aparılsın, - etirazçı xalqının laboratoriya siçanı kimi istifadə olunmasıdnan gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Biolaboratoriya   ABŞ   Ermənistan   Aksiya  



Xəbər lenti