Paşinyan Moskvaya gedir

 Paşinyan Moskvaya gedir
  09 Aprel 2022    Oxunub:2371
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya rəsmi səfər edəcək. AzVision.azxəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, baş nazirin rəhbərlik etdiyi Ermənistan nümayəndə heyətinin səfəri zamanı iqtisadi əməkdaşlıq məsələləri, eləcə də ikitərəfli gündəliyin digər mövzuları müzakirə olunacaq.

Xatırladaq ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş nazirinin Rusiyaya səfər edəcəyini demişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Paşinyan   Moskva  



Xəbər lenti