Avtobuslarda kart sisteminin tətbiqi genişləndirilir

Avtobuslarda kart sisteminin tətbiqi genişləndirilir
  15 Aprel 2014    Oxunub:1289
“Artıq 40 marşrut üzrə 750 avtobusdaa kart sistemi tətbiq edilib”.

Bunu AzVision.az-a Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib. Nazirlik rəsmisinin sözlərinə görə, yay aylarında daha kart sistemi ilə işləyəcək avtobusların sayı artırılacaq: “Artıq 1000-dən yuxarı avtobusa validator quraşdırılıb. Bu yay isə 30 marşruta kart sistemi tətbiq olunacaq. Proses ilin sonuna və ya gələn ilin əvvəlinə kimi başa çatmalıdır”.

Qeyd edək ki, kart sistemi hələki Bakı və Bakıətrafı qəsəbələr, o cümlədən Bakıdan Sumqayıta hərəkət edən avtobuslara aid ediləcək.

Nihadə




Teqlər:  





Xəbər lenti