Ukrayna yayda Avropa İttifaqına namizədlik statusu ala bilər

Ukrayna yayda Avropa İttifaqına namizədlik statusu ala bilər
  09 Aprel 2022    Oxunub:900
Bu ilin iyun ayında Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu alacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişin tviter səhifəsində yazıb.

“Biz artıq bir çox hazırlıq işləri görmüşük. Ona görə də hərəkət etməyə hazırıq. İyunda namizəd statusu alacağımızı gözləyirik. Bu, bizim bərpamız və Rusiya hücumundan qalib çıxmağımızın təzahürü kimi qiymətləndirilməlidir”, - o bildirib.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti