Avstriya Kansleri Kiyevə gedib

Avstriya Kansleri Kiyevə gedib
  09 Aprel 2022    Oxunub:828
Avstriyanın Federal Kansleri Karl Nehammer aprelin 9-da Kiyevə səfər edib.
AzVision.az xəbər verir ki, Avstriya hökumətinin başçısı mətbuata açıqlamasında bu səfərini Ukrayna xalqı ilə həmrəyliyin ifadəsi kimi təqdim edib. O qeyd edib ki, səfərin daha üç mühüm aspekti var: Ukrayna dövlətçiliyi, onun siyasi rəhbərliyi və ölkənin müstəqilliyini qəbul etmək.

K.Nehammer, eyni zamanda, bildirib ki, Avstriya neytrallığı çərçivəsində Ukraynaya həm humanitar, həm də siyasi sahədə dəstək göstərir. Səfərin proqramına Ukrayna rəsmiləri ilə görüş, eləcə də hərbi əməliyyatlar nəticəsində dağılmış ərazilərə baxış və yerli sakinlərlə görüş də daxildir.

AzVision.az



Teqlər: Kiyev  



Xəbər lenti