Türkiyədə hərbçiləri aparan avtomobil aşıb, ölən və yaralananlar var

 Türkiyədə hərbçiləri aparan avtomobil aşıb,  ölən və yaralananlar var
  09 Aprel 2022    Oxunub:1693
Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, hadisə Adanada baş verib. Hərbçilərin olduğu avtomobilin digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində 2 hərbçi həlak olub, daha 3 nəfər yaralanıb.

Yaralılar Kozan Dövlət Xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, onlardan birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, qəzaya minik maşınının işıqforun qırmızı işığında yolu keçməsi səbəb olub. Nəticədə avtomobil hərbçilərin olduğu nəqliyyat vasitəsilə toqquşub.

AzVision.az



Teqlər: Türkiyə   Avtoqəza  



Xəbər lenti