Ukrayna və Rusiya əsirləri dəyişiblər

 Ukrayna və Rusiya əsirləri dəyişiblər
  09 Aprel 2022    Oxunub:1838
Ukrayna və Rusiya Rusiya Federasiyası genişmiqyaslı müharibənin başlanmasından bu günə kimi üçüncü dəfə əsir mübadiləsini həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçukun teleqramdakı paylaşımında bildirib

Onun sözlərinə görə, əsirlərin dəyişdirilməsi Prezident Volodimir Zelenskinin göstərişi ilə baş tutub.

"12 əsgərimiz evə qayıdır ki, onlardan biri qadın zabitdir. Biz də 9-u qadın olmaqla 14 mülki şəxsi azad etdik. Ümumilikdə 26 nəfərimiz azad edildi", - o yazıb.

Xatırladaq ki, son əsir mübadiləsi aprelin 1-də baş tutub. Həmin gün 15-i qadın olmaqla 86 Ukrayna əsgəri Rusiyanın əsirliyindən azad edilib.

Qeyd edək ki, tərəflər mart ayından rəsmi şəkildə əsir mübadiləsini həyata keçirməyə başlayıblar.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna   Əsir  



Xəbər lenti