“Çin Tayvana payızda hücum edəcək” – Amerika kəşfiyyatı

   “Çin Tayvana payızda hücum edəcək” –    Amerika kəşfiyyatı
  09 Aprel 2022    Oxunub:3061
Bazar günü ABŞ Konqresinin sədri Nensi Pelosi Tayvana səfərə gələcək. Səfər zamanı ABŞ-ın Tayvana Çindən qorunmaq üçün silah satması ilə bağlı məsələlərin müzakirəsi gözlənilir. Bu, Çin ilə ABŞ-ın arasında yeni tarixin ən ciddi böhranına səbəb ola bilər.
“Newsweek” yazır ki, Amerika kəşfiyyatının məlumatına görə, Çin Tayvanı geri qaytarmaq əməliyyatını 2022-ci ilin payızına planlaşdırıb.

“Politico” nəşri Pentaqonun yüksək rütbəli rəsmisinə istinadla bildirir ki, Çin Tayvanın ətrafdakı 3 adanı gəmi əleyhinə raketlər və zenit-raket sistemlərilə doldurub. Pekinin regionda hərbi güc toplaması son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

Pentaqon Tayvana səfərbərlik sistemini islah etməyi və vətəndaşlarını döyüşə hazırlamağı məsləhət görüb.

Samir Quliyev
AzVision.az


Teqlər:





Xəbər lenti