İran 24 ABŞ vətəndaşına sanksiya tətbiq edib

İran 24 ABŞ vətəndaşına sanksiya tətbiq edib
  09 Aprel 2022    Oxunub:1476
İran ABŞ-ın 24 vətəndaşını terrorizmi dəstəklədiyinə və insan hüquqlarının pozulmasına görə sanksiya siyahısına daxil edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bu şəxslər İran xalqına və hökumətinə qarşı ABŞ-ın birtərəfli sanksiyalarının tətbiqində, terror qruplaşmalarının maliyyələşdirilməsində iştirak edir. Onların hərəkətləri beynəlxalq hüququn fundamental prinsiplərinin və insan hüquqlarının pozulmasıdır”, - bəyanatda qeyd edilir.

Sanksiya siyahılarına daxil olan şəxslərin əksəriyyəti Donald Trampın prezidentliyi dövründə ABŞ dövlət qurumlarında çalışıb.

AzVision.az



Teqlər: İran   ABŞ  



Xəbər lenti