Rusiyanın Ukraynadakı itkiləri: 13 hava hədəfi məhv edilib

      Rusiyanın Ukraynadakı itkiləri:   13 hava hədəfi məhv edilib
  10 Aprel 2022    Oxunub:1316
Ötən sutka Ukrayna Hərbi Hava Qüvvələri rus ordusunun 13 hava hədəfini məhv edib. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanlığının Facebook səhifəsində məlumat verilib.
Qeyd edilib ki, Ukrayna Rusiyanın 3 təyyarəsini, 1 helikopterini, 5 PUA-nı, 4 qanadlı raketini vurub.

Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Ukrayna 19 mindən çox rus əsgərini məhv edib.

Fevralın 24-dən aprelin 9-dək Rusiya 705 ədəd tank, 1895 ədəd zirehli döyüş maşını, 335 artilleriya sistemi, 108 raket sistemi, 55 hava hücumundan müdafiə sistemi, 151 təyyarə, 136 vertolyot, 1363 avtomobil avadanlığı, 7 gəmi və qayıq, 76 yanacaq və sürtkü yağı olan çən, 25 xüsusi texnika itirib.

AzVision.az


Teqlər:



Xəbər lenti