Dneprdə partlayışlar: Rusiya hava limanını raketlə vurdu

      Dneprdə partlayışlar:    Rusiya hava limanını raketlə vurdu
  10 Aprel 2022    Oxunub:1099
Rus ordusu Dnepropetrovsk vilayətini atəşə tutub. AzVision.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.
Onun sözlərinə görə, Rusiya yenidən Dnepr hava limanına hücum edib.

"Artıq orada yaşayış yeri qalmayıb. Həm aeroportun özü, həm də yaxınlıqdakı infrastruktur dağıdılıb. Qurbanların sayını öyrənirik".

Rezniçenko qeyd edib ki, rus ordusu Zvonetskoyedəki infrastruktur obyektlərindən birinə daxil olublar.

"Hazırda orada xilasedicilər işləyir. Dağıntılar və qurbanların sayı ilə bağlı məlumatları dəqiqləşdiririk".

Digər məlumata görə, raket zərbələri nəticəsində fövqəladə hallar xidmətinin 5 əməkdaşı xəsarət alıb.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti