Ukraynada həlak olan Elnur dəfn edildi

   Ukraynada həlak olan Elnur dəfn edildi
  10 Aprel 2022    Oxunub:851
Ukraynada həlak olan snayper Elnur Həsənovun nəşi ölkəmizə gətirilib, ailəsinə təhvil verilib.
AzVision.az xəbər verir ki, onun nəşi Goranboyda torpağa tapşırılıb.

Ukrayna-Rusiya müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb.

O, Kəlbəcər rayon Cəmilli kənd qeydiyyatında olub, Goranboy rayonun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb.

Qeyd edək ki, mərhum ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, ailəli olub, iki övladı var.

AzVision.az


Teqlər:



Xəbər lenti