Kruiz gəmisi tankerə çırpılıb - VİDEO

   Kruiz gəmisi tankerə çırpılıb -    VİDEO
  10 Aprel 2022    Oxunub:1319
Əlcəzair limanında nəzarəti itirən Fransanın "Nicoli" şirkətinə məxsus "Corsica Linea" adlı kruiz gəmisi neft paylama şirkəti olan Naftala məxsus neft tankerinə çırpılıb.

AzVision.az xəbər verir ki, Toqquşma görüntülərinin də ölkənin yerli mətbuatında əks olunduğu qəzadan sonra Naftal şirkəti tərəfindən mövzu ilə bağlı yazılı açıqlama yayımlanıb.
Bildirilib ki, "Corsica Linea" adlı kruiz gəmisinin kapitanı idarəetməni itirdiyi üçün limanda yanalan Naftal şirkətinin neft tankeri ilə toqquşub.

Mütəxəssislərinin apardığı ilkin araşdırmalara görə, neft tankerinin xarici avadanlıqlarına müəyyən ziyan dəydiyi bildirilib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti