Rusiyada partlayış baş verib- 2 nəfər ölüb

Rusiyada partlayış baş verib-   2 nəfər ölüb
  11 Aprel 2022    Oxunub:1237
Rusiyada ölümlə nəticələnən partlayış baş verib. AzVision.azxəbər verir ki, Stupinoda beşmərtəbəli binada mənzillərdən birinin partlaması nəticəsində iki nəfər həyatını itirib.
Ehtimal olunur ki, partlayış məişət qazı ilə bağlıdır.

Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə baş idarəsinin mətbuat xidmətinin məlumatına görə ölənlərlə yanaşı yeddi nəfər xəsarət alıb.
"Partlayış saat 5:54-də "Çentralnı" nı prospekti, ev 4 ünvanında yerləşən dördüncü mərtəbədəki mənzildə baş verib. İki mənzildə daxili arakəsmələr dağılıb, dördüncü və beşinci mərtəbələrdə xarici panellər sıradan çıxıb.
Fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına 59 nəfər və 20 texnika cəlb olunub. Moskva vilayətinin prokurorluğu faktla bağlı araşdırmalara başlayıb", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti