42 ölkə Rusiyanı Haaqa məhkəməsinə verib

42 ölkə Rusiyanı Haaqa məhkəməsinə verib
  11 Aprel 2022    Oxunub:1748
50-yə yaxın ölkə Rusiyaya qarşı beynəlxalq məhkəməyə müraciət edib. AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska məlumat verib.
Onun sözlərinə görə Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibə ilə əlaqədar artıq 42 ölkə Haaqa Beynəlxalq Məhkəməsinə müraciət edib.

- Müraciətlərə səbəb Vladimir Putinin hərbçilərinin hərbi cinayətlər törətməsidir. Hərbi cinayətlərin beynəlxalq səviyyədə araşdırılmasına başlanılıb. Bu ölkələrin müraciəti Ukrayna üçün proseduru sadələşdirməyə və sürətləndirməyə imkan verdi, - nazir deyib.

Malyuska bildirib ki, hazırda ölkənin hər yerindən ekspertlər Kiyev vilayətinin Buça şəhərində rus hərbçilərin törətdiyi cinayətlərə dair sübutlar toplayır. Onun sözlərinə görə, işğalçıların hərbi cinayətlərinin sayı və miqyası heyrət doğurur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti