Rusiya Ukraynanın yeni itkilərini açıqladı

Rusiya Ukraynanın yeni itkilərini açıqladı
  11 Aprel 2022    Oxunub:970
Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin aviasiyası Ukraynanın daha 78 hərbi obyektini, o cümlədən 58 dayaq məntəqəsini vurub. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
- Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 78 hərbi obyektinə zərbələr endirib. Onların arasında üç komanda məntəqəsi, işıqlandırma və istiqamətləndirmə üçün radar, üç qısa mənzilli zenit-raket kompleksi mövqeyi, dörd sursat anbarı, həmçinin 58 istehkam və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər də var, - Konaşenkov brifinqdə deyib.

Krımda vurulan PUA evlərin üstünə düşdü
Rusiya Müdafiə Nazirliyinin sözçüsü həmçinin qeyd edib ki, hərbçilər Ukraynada iki sursat anbarını və S-300 zenit-raket kompleksinin radarını məhv ediblər.

- Nikolayev və Jovtnevoe qəsəbələrinin ərazilərində iki silah anbarı, Uspenovka rayonunda isə S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün nəzərdə tutulan radar məhv edilib. Donetsk vilayətinin Vozdvijenka-2 və İvanovka yaşayış məntəqələri ərazilərinə yüksək dəqiqliklə endirilən zərbələr nəticəsində doqquz tank, beş 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, beş BM-21 Qrad reaktiv yaylım atəşi sistemi və 60-dan çox millətçi məhv edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti