Rusiya Slovakiyanın Kiyevə verdiyi "S-300"ləri vurub

   Rusiya Slovakiyanın Kiyevə verdiyi    "S-300"ləri vurub
  11 Aprel 2022    Oxunub:2193
Rusiya silahlı qüvvələri Ukraynaya Avropadan tədarük edilən S-300 zenit-raket komplekslərinin buraxılış qurğularını məhv edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.
Rusiya vurduqlarını açıqladı
- Aprelin 10-da Dnepropetrovsk şəhərinin cənubunda “Kalibr” yüksək dəqiqlikli raketləri Avropa ölkələrindən birinin Kiyev rejiminə verdiyi və anqarda gizlədilmiş S-300 zenit-raket diviziyasını məhv edib. Dörd S-300 buraxılış qurğusu sıradan çıxarılıb və 25-ə yaxın şəxsi heyət üzvü öldürülüb, - general-mayor deyib.

O qeyd edib ki, bundan əlavə Uspenovka ərazisində də S-300 hava hücumundan müdafiə sisteminin işıqlandırılması və yönləndirilməsi üçün nəzərdə tutulan radar sıradan çıxarılıb.

Xatırladaq ki, cümə günü Slovakiyanın baş naziri Eduard Heqer Bratislavanın S-300 hava hücumundan müdafiə sistemini Kiyevə təhvil verdiyini açıqlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Raket  



Xəbər lenti