35 ölkənin turizm şirkəti Bakıda

35 ölkənin turizm şirkəti Bakıda
  04 Aprel 2013    Oxunub:1336
Bu gün Bakı Ekspo Mərkəzində ölkənin və bütövlükdə Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri - “AITF-2013” 12-ci Azərbaycan beynəlxalq “Turizm və səyahət” sərgisi keçiriləcək
Bu il “AITF” sərgisində dünyanın 35 ölkəsindən turizm sektorunun müxtəlif istiqamətlərini təmsil edən şirkət və təşkilatlar iştirak edəcəklər. “AITF” sərgisi əsası qoyulduğu gündən bəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə həyata keçirilir. Sərgini təşkilatçıları qismində isə “ITE Group plc” və onun tərəfdaşı “Iteca Caspian” MMC çıxış edirlər.

Bu il sərgidə 200-dən çox iştirakçı bir araya gələcək ki, onlardan da 40%-i daimi eksponentlərdir. Sərgidə 19 ölkə öz milli stendi ilə çıxış edəcək. Bu il sərginin Türkiyə, Gürcüstan, Çexiya, BƏƏ, Rusiya və Malayziya kimi daimi iştirakçıları ilə yanaşı, Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis və Fransa nümayəndə heyətləri Bakıya səfər edəcəklər. Həmçinin, bu il müəyyən müddət fasilədən sonra sərgi ziyarətçiləri yenidən Misir turoperatorlarının təklifləri ilə tanış ola biləcəklər.


Teqlər:  





Xəbər lenti