Estoniyada "Yandeks.Taksi "yə qadağa qoyuldu

Estoniyada    "Yandeks.Taksi   "yə qadağa qoyuldu
  11 Aprel 2022    Oxunub:1320
Rusiyanın “Yandeks.Taksi” xidmətinin Estoniyada fəaliyyətinə qadağa qoyulub. Qadağa bu gündən qüvvəyə minib. AzVision.az xəbər verir ki, bu barədə Estoniya mətbuatı məlumat yayıb.
"Bazar ertəsi Rusiyanın "Yandeks.Taksi" xidmətinə qarşı sanksiyalar qüvvəyə minib və bu sanksiyalar onun Estoniyada fəaliyyətini qadağan edir. Hökumətin müvafiq qərarı martın 31-də qəbul edilib", - məlumatda deyilir.

Baş nazir Kay Kallasın sözlərinə görə, əlavə sanksiyaların tətbiqi Estoniyanın təhlükəsizliyini qorumaq üçün zəruridir.

- Yandeks-ə qoyulan qadağa belə bir aydın mesaj verir ki, Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən şirkətlərə Estoniyada yer yoxdur. Biz həmçinin Aİ-nin Yandex-ə qarşı sanksiyalar tətbiq etməsini təklif etmişik, - Kallas ERR-ə deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti