Peskov Rusiyanın NATO-ya dəvət edilməsi ilə bağlı açıqlamalara şərh edib

Peskov Rusiyanın NATO-ya dəvət edilməsi ilə bağlı açıqlamalara şərh edib
  11 Aprel 2022    Oxunub:761
ABŞ dəfələrlə Rusiyanın NATO-ya daxil olmasının qeyri-mümkünlüyündən danışıb. AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın vaxtilə alyansa dəvət olunması ilə bağlı iddiaları şərh edərkən deyib.
O qeyd edib ki, "Məndə belə bir məlumat yoxdurə. Amma dəqiq bilirəm ki, Amerika tərəfi dəfələrlə belə bir üzvlüyün mümkün olmadığını bəyan edib. Əslində, de-fakto deyilib ki, qapılar, əksinə olaraq bağlıdır. Çünki üzvlük prinsipial olaraq qeyri-mümkündür”.

Qeyd edək ki, ABŞ-ın 42-ci Prezidenti Bill Klinton (1993- 2001-ci illər) Rusiyanın keçmiş Prezidenti Boris Yeltseni və hazırkı dövlət başçısı Vladimir Putinə bir neçə dəfə Alyansa üzv olmağı təklif etdiyini bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti