Dünya Bankı Azərbaycanla bağlı proqnozlarını açıqlayıb
Proqnozlara əsasən, növbəti illərdə Azərbaycanda ÜDM-in artım sürəti azalacaq.
2023-cü ildə bu göstərici 2,2 faiz, 2024-cü ildə 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.
Dünya Bankı, həmçinin Azərbaycanda əmtəə və xidmət ixracının 2022-ci ildə 2,7 faiz, 2023-cü ildə 1,7 faiz, 2024-cü ildə 1,8 faiz artacağını proqnozlaşdırır. Həmin müddət ərzində Azərbaycanın idxalı müvafiq olaraq 2,6 faiz, 2,7 faiz və 2,7 faiz təşkil edəcək.
"2022-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 9 faiz, 2023-cü ildə 6,6 faiz, 2024-cü ildə 6 faiz səviyyəsində proqnozlaşdırılır", - hesabatda deyilir.
AzVision.az
Teqlər: