Fransa hökuməti Kiyevə xüsusi jandarm dəstəsi göndərdi - FOTO

   Fransa hökuməti Kiyevə xüsusi jandarm dəstəsi göndərdi -    FOTO
  11 Aprel 2022    Oxunub:1822
Fransadan Ukraynaya xüsusi texniki və elmi heyətdən ibarət jandarmlar gəlib. Jandarm dəstəsi Kiyev yaxınlığındakı yaşayış məntəqələrində Rusiya ordusunun törətdiyi hərbi cinayətləri araşdıracaq.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfiri Etye de Ponsen sosial şəbəkələrdə məlumat yayıb. Qeyd olunur ki, fransız mütəxəssislər aprelin 11-də Lvova gəliblər. Onlar aprelin 12-də Ukraynada törədilən hərbi cinayətləri araşdırmağa başlayacaqlar.

- Kiyev ətrafında törədilmiş hərbi cinayətlərin araşdırılmasında ukraynalılarına kömək etməyə gələn texniki və elmi jandarm dəstəsini Lvova salamlamaqdan qürur duyuruq. İlk olaraq bu cür yardımı edən Fransa oldu. Sabah onlar iş başında olacaqlar, - səfir deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa   Ukrayna   Rusiya  



Xəbər lenti