"Moskvanın müharibəni dayandıracağına ümid yoxdur" - Zelenski

"Moskvanın müharibəni dayandıracağına ümid yoxdur" -    Zelenski
  11 Aprel 2022    Oxunub:1030
Rusiyanın müharibədə özünün dayanacağına ümid yoxdur. Onu yalnız buna məcbur etmək olar. AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Koreya Respublikası parlamenti deputatları qarşısında videoformatda çıxışı zamanı deyib.
"Mariupolda on minlərlə insan ölüb" - Zelenski
- Rusiyanın sadəcə olaraq özünü dayandıracağına ola da bilməz. Rusiya rəhbərliyinin bu müharibəni davam etdirməkdən imtina edəcəyinə ümid yoxdur. Moskvanı yalnız buna məcbur etmək olar. Ancaq sülh axtarmağa məcbur etmək olar. İnsanları ələ salmağı dayandırın, onları qonşu xalqların müstəqil həyatına hörmətlə yanaşmağa məcbur edin, onları Ukrayna ərazisini tərk etməyə məcbur edin, - Zelenski deyib.

Prezidentin sözlərinə görə, indiyədək Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyalara baxmayaraq, o, “hələ ki, dayanmalı olduğunu hiss etməyib”.

- Bu o deməkdir ki, daha çox iş görülməlidir. Həm də bu təkcə dövlət səviyyəsində edilməməlidir. Rusiya banklarının qlobal maliyyə sistemi ilə əlaqələrini tamamilə pozmaq lazımdır. Rusiyanın enerji resurslarının, ilk növbədə neftin ixracını məhdudlaşdırmaq lazımdır, - Ukrayna lideri qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti