Pakistanın yeni Baş naziri seçilib
Şahbaz üç dəfə Pakistanın baş naziri olmuş Navaz Şərifin kiçik qardaşıdır. Medianın məlumatına görə, Pakistanın ən sıx məskunlaşdığı əyaləti olan Pəncabın baş naziri kimi Şəhbaz Şərif bir sıra iddialı infrastruktur layihələrini, o cümlədən Pakistanın ilk müasir ictimai nəqliyyat sistemini doğma şəhəri Lahorda işə salıb.
O, həmçinin Pəncab əyalətinin baş naziri kimi Pekinin maliyyələşdirdiyi layihələrdə Çinlə sıx əməkdaşlıq edib. ABŞ-ı daxili siyasətə qarışmaqda günahlandıran Xandan fərqli olaraq, Şahbaz Şərif bildirib ki, ABŞ-la yaxşı münasibətlər Pakistan üçün çox vacibdir.
Qeyd edək ki, Şahbaz Şərif 2018-ci ildə korrpusiyaya görə saxlanılmışdı.
AzVision.az
Teqlər: