İran səfirliyidən Azərbaycanla bağlı yayılan videolara münasibət

   İran səfirliyidən  Azərbaycanla bağlı yayılan videolara münasibət
  11 Aprel 2022    Oxunub:1200
İran səfirliyi “Sepah_Pasdaran” teleqram kanalında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib.
Səfirlikdən AzVision.az -a cavab olaraq bildirilib ki, hazırda videogörüntülərlə bağlı araşdırma aparılır.

Vurğulanıb ki, teleqram kanalının İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə heç bir əlaqəsi yoxdur: "Hər halda belə məlumatlar İran, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətləri korlayır”.

Xatırladaq ki, “Sepah_Pasdaran” teleqram kanalında, mütəmadi olaraq, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirilir. Erməni mənbələri də bu kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi kanalı kimi təqdim edir.

AzVision.az



Teqlər: İran   Azərbaycan  



Xəbər lenti