Bayden Modi ilə Yaponiyada görüşəcək

Bayden Modi ilə Yaponiyada görüşəcək
  11 Aprel 2022    Oxunub:1099
ABŞ prezidenti Co Bayden mayın 24-də Yaponiyada Hindistanın baş naziri Narendra Modi ilə şəxsi görüş keçirəcək.
AzVision.az xəbər verir ki, Amerika lideri Hindistanın baş naziri ilə videokonfrans görüşünün başlanğıcında qarşıdan gələn danışıqlar barədə danışıb. Vaşinqton administrasiyasının rəhbəri deyib: "Baş nazir Modi, mən həmişə sizi görməyə şadam. Sizinlə mayın 24-də Yaponiyada görüşməyi səbirsizliklə gözləyirəm".

ABŞ mətbuatının yazdığına görə, söhbət Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunda (Dördlü) iştirakçı ölkələrin liderlərinin görüşündən gedir.

Dördtərəfli Təhlükəsizlik Dialoqu (Dördtərəfli) 2007-ci ildə Asiya-Sakit okean regionu və Hind okeanında qarşılıqlı fəaliyyət mexanizmi kimi təsis edilib. Dörd ölkənin xarici işlər nazirlərinin ilk görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda keçirilib. 2021-ci ilin martında ilk Dördlü sammit pandemiya ilə əlaqədar olaraq virtual formatda baş tutub.

AzVision.az



Teqlər: Hindistan   ABŞ  



Xəbər lenti