“Bloomberg” daha rus dilində olmaycaq

   “Bloomberg” daha rus dilində olmaycaq
  11 Aprel 2022    Oxunub:870
“Bloomberg” müvəqqəti olaraq rus dilində xəbərlər dərc etməyi dayandırır.
AzVision.az xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir. Agentlik konkret olaraq bu qərarın səbəblərini açıqlamır.

Martın 28-də agentlik Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya və Belarusda fəaliyyətini dayandırdığını bəyan edib. Onun hər iki ölkədəki müştərilərinə xəbər terminalı və e-ticarət platformaları da daxil olmaqla maliyyə məhsullarına giriş qadağan ediləcək.

Həmçinin martın əvvəlində Bloomberg Rusiya Federasiyası Silahlı Qüvvələri ilə bağlı yalan məlumatların yayılmasına görə cinayət məsuliyyətinin tətbiqi ilə bağlı qanuna görə Rusiyada jurnalistlərin işinin müvəqqəti dayandırılması barədə məlumat verib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Bloomberg”  



Xəbər lenti