ABŞ Balkanlardakı yeddi şəxsi “qara siyahı”ya saldı

ABŞ Balkanlardakı yeddi şəxsi “qara siyahı”ya saldı
  11 Aprel 2022    Oxunub:895
ABŞ Maliyyə Nazirliyi korrupsiyada ittiham edilən Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya və Monteneqrodan olan 7 nəfərə, həmçinin bir şirkətə qarşı sanksiya tətbiq edib.
AzVision.az xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson bildirib. Onun sözlərinə görə, həmin şəxslər sabitliyi pozan hərəkətlərdə və korrupsiyada iştirak edirlər: “Sanksiya siyahısında olan insanlar bu gün regionun sabitliyinə, institutların etibarına və Qərbi Balkanlarda demokratik cəhətdən əsaslandırılmış idarəçiliyə arxalananların istəklərinə ciddi təhlükə yaradır”.

Siyahıda Serbiya və Monteneqronun ittifaq dövlətinin eks-prezidenti Svetozar Maroviç, Makedoniyanın keçmiş baş naziri Nikola Qruevski və əvvəllər respublikanın milli əks-kəşfiyyatına rəhbərlik etmiş Saşo Mijalkov da var.

Bundan əlavə, əvvəllər Bosniya və Herseqovinanın baş prokuroru olmuş Qordana Tadiç, bu ölkənin qanunvericisi Asim Saracliç və Albaniya parlamentinin keçmiş üzvü Akif Rakipiyə və eləcə də bir sıra KİV-lərin sahibi İlli Ndrokiyə qarşı məhdudiyyətlər tətbiq ediləcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   Maliyyə  



Xəbər lenti