Avstriya kansleri: "Putinin İstanbuldakı danışıqlara hələ də inamı var"

      Avstriya kansleri:   "Putinin İstanbuldakı danışıqlara hələ də inamı var"
  11 Aprel 2022    Oxunub:1481
Ukraynada hərbi əməliyyatların dayandırılması üçün İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar prosesi dəstəklənməlidir.
AzVision.az xəbər verir ki, bunu Avstriya kansleri Karl Nehammer bəyan edib.

“Rusiya Prezidenti Vladimir Putinin İstanbuldakı danışıqlara hələ də inamının olduğunu başa düşmək vacib idi. Hesab edirəm ki, bu proses daha da dəstəklənməlidir”, - Nehammer bildirib.

Nehammer Ukraynada hərbi xüsusi əməliyyat başlayandan sonra Avropa İttifaqının Rusiya lideri ilə danışıqlar aparan ölkəsinin ilk hökumət başçısı olub. Qeyd edək ki, bundan əvvəl Avstriya kansleri Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.

Putinlə görüşdən dərhal sonra kansler Ofisinin geniş yayılmış bəyanatına görə, Ukraynanın şərqində döyüşlərin gözlənilən intensivləşməsi ilə əlaqədar Moskvaya səfəri ilə üç əsas humanitar məqsədə nail olmaq istəyib: hərbi əməliyyatların dərhal dayandırılması, əhalinin yaralı və həssas qruplarının təxliyəsi üçün humanitar dəhlizlərin yaradılması, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər humanitar təşkilatlar tərəfindən humanitar yardımın əldə edilməsi.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Avstrya  



Xəbər lenti