BMT-nin baş katibi Pakistanla bağlı çağırış etdi

   BMT-nin baş katibi    Pakistanla bağlı çağırış etdi
  11 Aprel 2022    Oxunub:999
BMT-nin baş katibi Antonio Quterreş Pakistandakı vəziyyəti izləyir və mübahisələrin ölkə konstitusiyası çərçivəsində həll olunmasının tərəfdarıdır.
AzVision.az xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib. Onun sözlərinə görə, BMT-nin Baş Katibi Şahbaz Şərifin ölkənin yeni Baş naziri seçilməsi də daxil olmaqla Pakistandakı hadisələri yaxından izləməyə davam edir.

“Baş katib demokratik proseslərə və təsisatlara hörmətlə yanaşmanın, fikir ayrılıqlarının Pakistan konstitusiyasının qanunlara uyğun həll edilməsinin vacibliyini qeyd edib”.

Aprelin 11-də Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərif Pakistanın 23-cü baş naziri seçilib. Şərifin namizədliyi Milli Assambleyada (parlamentin aşağı palatası) 342 səsdən 174 səs toplayıb. Onun sələfi, mərkəzçi Ədalət Hərəkatı partiyasını təmsil edən İmran Xan aprelin 10-da etimadsızlıq səsverməsi nəticəsində hakimiyyətdən kənarlaşdırılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: BMT  



Xəbər lenti