Kanada bu il 400 mindən çox immiqrant qəbul edəcək

Kanada bu il 400 mindən çox immiqrant qəbul edəcək
  11 Aprel 2022    Oxunub:1048
Kanada hakimiyyəti bu il ölkəyə Ukraynadan da daxil olmaqla 400 mindən çox immiqrant gətirmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo Britaniya Kolumbiyası əyalətinə səfəri zamanı bildirib. Onun sözlərinə görə, Kanadanın bu il qəbul edəcəyi immiqrantlar arasında Əfqanıstan və Ukraynadan olan qaçqınlar da olacaq. Eyni zamanda, Trüdo qeyd edib ki, hazırda Kanada miqrasiya xidməti Ukraynadakı vəziyyətlə bağlı “böyük təzyiq” altındadır.

Bundan əvvəl Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq üzrə Naziri Şon Freyzer bildirmişdi ki, Kanada hakimiyyəti Ukrayna sakinlərinin Şimali Amerika ölkəsinə gəlişi ilə bağlı 30 mindən çox müraciəti artıq təsdiqləyib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Kanada  



Xəbər lenti