"Rusiya İrandan qaçaqmal yolu ilə silah daşıyır" - The Guardian

   "Rusiya İrandan qaçaqmal yolu ilə silah daşıyır" -    The Guardian
  12 Aprel 2022    Oxunub:1155
Rusiya İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə İraqdan sursat və hərbi texnika gətirir. Həmin silahlar Ukraynadakı hərbi əməliyyatlarda istifadə edilir. AzVision.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Sayt İran tərəfindən dəstəklənən İraq döyüşçülərinin üzvlərinin və regional kəşfiyyat xidmətlərindən əldə olunan məlumatlara istinad edib.

ABŞ-ın Ukraynaya verdiyi “Puma” PUA-ları nə üçündür?
Məqalədə
qeyd edilir ki, RPQ və tank əleyhinə raketlər, həmçinin Braziliya istehsalı olan çoxsaylı reaktiv yaylım atəşi sistemləri Moskvanın martda Ukraynadakı uğursuz hərbi əməliyyatlarından sonra İraqdan Rusiyaya göndərilib.

"Nəqliyyat işlərinin təşkilində kömək edən mənbənin sözlərinə görə, Tehran hakimiyyəti Moskvaya Rusiyanın S-300-ə bənzər İran istehsalı olan Bavar 373 raket kompleksini də bağışlayıb", - "Guardian" yazıb.

Silah yükünün Rusiyaya keçidini idarə edən qrup komandirindən sitat gətirən nəşr yazır ki, "Ən güclü şiə qruplaşması olan “Haşd əş-Şaabi”nin ixtiyarında olan RPQ-lər və tank əleyhinə raketlər martın 26-da Salamja sərhəd-keçid məntəqəsindən İrana aparılıb. Burada silahlar İran hərbçiləri tərəfindən qəbul edilib və Rusiyaya dənizlə daşınıb" .

Mənbənin məlumatına görə, aprelin 1-də "Haşd əş-Şaabi" həmçinin İraqda "Sajil-60"ın lisenziyalı versiyası kimi tanınan Braziliya istehsalı olan iki "Astros II" özüyeriyən reaktiv yaylım atəşi sistemi sökülərək İrana göndərib.

Belə yükləri daşıya bilən üç yük gəmisi - ikisi Rusiya, biri isə İran bayrağı altında İranın Bəndər Ənzəli limanından Həştərxana Xəzər dənizini keçib .

Müəllif həmçinin qeyd edib ki, Ukraynanın işğalı nəticəsində yeni sanksiyalar tətbiq edildikdən sonra Moskva Suriyadakı hərbi müttəfiqi İrana söykənmək məcburiyyətində qalıb və silah alveri ilə məşğul olan cinayət aləmindən istifadə edir. Bu isə Rusiyanın strategiyasında dramatik dəyişikliyə işarə edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   İran   Silah  



Xəbər lenti