"İndiyədək 443 PUA, 130 təyyarə vurmuşq" - Rusiyalı general

   "İndiyədək 443 PUA, 130 təyyarə vurmuşq" -    Rusiyalı general
  12 Aprel 2022    Oxunub:786
Rusiya Aerokosmik Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri Berdyansk və Melitopol yaxınlığında iki Ukrayna Pilotsuz Uçuş Aparatını (PUA) vurub. Müharibə başlayandan bu günə qədər isə ümumilikdə 443 PUA və 130 təyyarə məhv edilib.
ABŞ-ın Ukraynaya verdiyi “Puma” PUA-ları nə üçündür?
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib.

- Ümumilikdə isə xüsusi hərbi əməliyyat başlayandan indiyədək 130 təyyarə, 99 helikopter, 244 zenit-raket kompleksi, 443 pilotsuz uçuş aparatı, 2139 tank və digər zirehli texnika, 241 reaktiv yaylım atəş sistemi, 917 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2046 ədəd xüsusi təyinatlı hərbi texnika sıradan çıxarılıb, - Konaşenkov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   PUA  



Xəbər lenti