Türk aktrisa məşhur serialdan çıxarıldı - FOTOSESSİYA

Türk aktrisa məşhur serialdan çıxarıldı - FOTOSESSİYA
  15 Aprel 2014    Oxunub:3468
Dünyada milyonlarla tamaşaçısı olan “Game of Thrones” serialının 4-cü mövsümünün 2-ci seriyasında Şaye obrazını canlandıran türkiyəli aktrisa Sibel Kekili serialı tərk edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda Şayenin sevgilisi Tirion Lanister atası ilə böyük bacısı arasındakı münasibətləri öyrənəndən sonra Şayeni qəsrdən qovub.
Öldürülməkdən qorxmayan Şayenin onu tərk etməyəcəyini bilən Tirion ona ağır təhqirlər deyib. Bu sözlərə cavab tapa bilməyən Şaye göz yaşı içində qəsri tərk edib.

Sibel Kekilinin serialı tərk etməyi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Belə ki, serialın tamaşaçılarının bəzisi bu fikirdədir ki, Sibel Kekili serialda ifasını davam etdirməli idi.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti