Gürcüstanın keçmiş baş nazirinin müavini Ukraynada döyüşür

 Gürcüstanın keçmiş baş nazirinin müavini Ukraynada döyüşür
  12 Aprel 2022    Oxunub:1075
Gürcüstan Baş nazirin keçmiş müavini parlamentin keçmiş spikeri Georgi Baramidze Ukraynada gürcü legionunun tərkibində döyüşür. AzVision.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.
O, sosial şəbəkələrdə Baramidze ilə bağlı videonu da yerləşdirib və Ukraynada 300-400 gürcü döyüşçünün olduğunu deyir. Onların bəziləri Kiyev yaxınlığında, digər hissəsi isə Xarkov istiqamətində yerləşir.

Bundan əvvəl Rusiya mediası yazıb ki, Ukraynaya gələn bir qrup gürcü muzdluya Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili rəhbərlik edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti