Şri Lanka defolt oldu

      Şri Lanka defolt oldu
  12 Aprel 2022    Oxunub:915
Şri-Lankanın Maliyyə Nazirliyi ölkənin bütün xarici öhdəlikləri üzrə ödənişlərin dayandırıldığını elan edib.
AzVision.az xəbər verir ki, bu barədə idarənin yaydığı qərarda deyilir.

"Nazirliyin siyasəti BVF-nin dəstəklədiyi iqtisadi transformasiya proqramına uyğun olaraq bu öhdəliklərin lazımi şəkildə restrukturizasiyası məqsədilə bütün xarici borclar üzrə ödənişlərin müəyyən müddətə dondurulması olacaq", - sənəddə deyilir.

Qeyd olunur ki, defolt Şri-Lanka Mərkəzi Bankı ilə digər ölkələr arasında beynəlxalq bazarlarda buraxılmış bütün istiqrazlar, svop istisna olmaqla, bütün ikitərəfli kredit öhdəlikləri üzrə sazişləri üzrə elan edilib. Həmçinin kommersiya bankları və ya digər kredit təşkilatları ilə xarici valyutada olan kredit müqavilələri üzrə ödənişlər dayandırılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Şri-Lanka  



Xəbər lenti